Tanınmış blokçeyn kompaniyalarının Baş Direktorları bitkoinin qiymətinin 50 min ABŞ dollarına qədər bahalaşacağını vəd edirlər.

Tanınmış blokçeyn kompaniyalarının Baş Direktorları bitkoinin qiymətinin 50 min ABŞ dollarına qədər bahalaşacağını vəd edirlər.

2018-ci ilin sonunda bitkoinin qiymətinin 50 min ABŞ dollarına qədər, rəqəmsal qəpiklərin ümumi bazar kapitallaşdırılmasının isə 1 trln. ABŞ dollarına qədər artacağı gözlənilir. Bu fikri “CNBC” kanalının efirində çıxış edən kriptivalyuta ekspertləri bildirmişdir.

“Outlier Ventures” blokçeyn inkubatorunun rəhbəri Ceymi Burke hesab edir ki, fevral ayında kriptovalyuta bazarında kəskin artım gözlənilir, həmin dövrdə ümumi kapitallaşdırılma isə 1 trln. ABŞ dollarına qədər arta bilər.

“Gatecoin”-in Asiya-Sakit Okean regionundakı şöbə rəhbəri Tomas Qlaksmanın sözlərinə görə institusional kapitalın və innovasiya texnologiyalarının tənzimlənməsi və tətbiqi, eləcə də kriptovalyuta üzrə ETF-lərin (“Exchange Traded Fund” — “Birjada Ticarət olunan Fondların”) işə salınması dekabr ayında bitkoinin məzənnəsinin 50 min ABŞ dolları təşkil edəcəyinə gətirib çıxaracaqdır.

“Hercules Tech” şirkətinin rəhbəri Mik Şerman da nikbin düşünməkdədir. O hesab edir ki, “Efir”, “IOTA” və “NEO” da daxil olmaqla “Utility” tokenlərinin qiyməti tezliklə artacaqdır, çünki onlar blokçeyn ekosisteminin inkişafı ilə sıx bağlıdırlar.

Xahiş edirik xəbərləri qiymətləndirin:

(97 səs, ortalama 3.7 dən 5.)

Əlaqə

Anna Xomyakova

Eksponentlər və sponsorlar üçün

+995-706-777-038 (116) khomyakova.ann

Pavel Piatkin

Eksponentlər və sponsorlar üçün

p.pyatkin@smileexpo.sale
Yuxarı