Bankçılıqda kriptə və blokçeynə tətbiq olunan vergilər: Azərbaycanın blokçeyn sənayesi ilin son rübü ərzində nə ilə yadda qaldı

Bankçılıqda kriptə və blokçeynə tətbiq olunan vergilər: Azərbaycanın blokçeyn sənayesi ilin son rübü ərzində nə ilə yadda qaldı

Azərbaycanın blokçeyn sənayesi inkişafını davam etdirməkdədir: bu texnologiya dəniz daşımaları sahəsində tətbiq edilir, onu dövlət səviyyəsində müzakirə edirlər və bankçılıqda tətbiq etməyə çalışırlar, kriptovalyutaların isə vergiyə cəlb olunması planlaşdırılır. Son üç ay ərzində dövlətin blokçeyn sahəsində nələrin baş verdiyinin təfərrüatlarına nəzər yetirək.

Blokçeyn texnologiyası üzərində dəniz limanı

Ələt qəsəbəsində yerləşən Xəzər dənizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı texnologiya baxımından ən qabaqcıl mövqelərdən birini tuta bilər. Müəssisənin baş direktoru Taleh Ziyadovun bəyanatına əsasən, limanın fəaliyyət prosesində blokçeyn texnologiyasının tətbiqi planlaşdırılır. Rəhbərliyin bəyanatına görə bu, biznes proseslərini sürətləndirməklə onların şəffaflığını artıracaqdır. Bəyanat bu ilin mart ayında verilmişdir.

Blokçeyn texnologiyası kütlə arasında

Mart ayında Azərbaycan İnternet Forumu (AİF) ölkədə kriptovalyuta bazarı və blokçeyn texnologiyasının tədqiqi və inkişafı mərkəzinin yaradılması təklifini irəli sürmüşdür. Bu təşəbbüs artıq bir ay sonra həyata keçirilmişdir: aprel ayında həmən Mərkəz təsis edilmişdir.

Təsisçilərin bəyanatına əsasən, burada blokçeyn üzrə ekspertlər kriptovalyutanın hüquqi tənzimlənməsinə dair təkliflər hazırlayacaq, konsaltinq xidmətləri göstərəcək və təhsil istiqamətində işlər aparacaqdır. Həmçinin maarifləndirmə tədbirləri də keçiriləcəkdir: Sahə üzrə məlumatın kütləyə düzgün çatdırılması məqsədilə Mərkəz KİV nümayəndələrini blokçeynə həsr olunmuş treninqlərdə ödənişsiz əsasda iştirak etməyə dəvət edir.

Kriptovalyutaların vergiyə cəlb edilməsi

Artıq may ayında Azərbaycanın müvafiq orqanları kriptovalyutalara dair bütün sövdələşmələrin vergiyə cəlb edilməsi niyyətində olduqlarını bəyan etmişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov bildirib ki, həm hüquqi, həm də fiziki şəxslər kript üzrə vergi ödəyəcəklər. Hakimiyyətin bu təşəbbüsü artmaqda olan kriptovalyuta sövdələşmələrindən irəli gəlir.

“Kriptovalyuta tranzaksiyalarından əldə olunan qazanc hüquqi şəxslərdən mənfəət vergisi kimi, fiziki şəxslərdən isə gəlir vergisi kimi tutulacaqdır”, — deyə Nicat İmanov bildirib.

Bununla belə Nazirlik kriptovalyutalardan gəlir əldə etmək məqsədilə onlar üzərində edilən əməliyyatlar, yəni mayninqin vergiyə cəlb ediləcəyinə dair açıqlama verməmişdir.

Dünya bankı — Azərbaycan haqqında

May ayında Dünya bankı Avropa və Mərkəzi Asiya ölkələrində blokçeyn və kriptovalyutaların inkişafına həsr olunmuş açıqlama vermişdir. Qurumun ekspertləri Gürcüstanda mayninq fəallığının artmasını, eləcə də Ukrayna və Estoniyanın öz dövlət reyestr sistemlərini blokçeyn texnologiyası üzərinə köçürmək niyyətində olduqlarını qeyd etmişdilər. Azərbaycan haqqında da ayrıca vurğulamışlar: açıqlamada deyilir ki, ölkə öz bank sahəsində rəqəmsal identifikatorları fəal olaraq təcrübədən keçirməkdədir.


Blokçeyn sənayesinin təkcə Azərbaycanda deyil, həm də dünyanın bütün sahələrində necə inkişaf etdiyini sentyabrın 27-də “Blockchain & Bitcoin Conference Baku” tədbirində iştirak edəcək kriptovalyuta üzrə ekspertlər danışacaqdır.

Xahiş edirik xəbərləri qiymətləndirin:

(63 səs, ortalama 3.66 dən 5.)

Əlaqə

Anna Xomyakova

Eksponentlər və sponsorlar üçün

+995-706-777-038 (116) khomyakova.ann

Pavel Piatkin

Eksponentlər və sponsorlar üçün

p.pyatkin@smileexpo.sale
Yuxarı