Kriptovalyuta Azərbaycanda: Qanun layihəsinin və Efiriumun həmtəsisçisinin gözləntisində

Kriptovalyuta Azərbaycanda: Qanun layihəsinin və Efiriumun həmtəsisçisinin gözləntisində

Azərbaycanda kriptovalyuta ticarətinin tənzimlənməsi haqqında ilk qanun layihəsi hazırlanır. 1news.az saytı mənbəyə istinadən bildirir ki, bu məqsədlə artıq işçi qrupu yaradılmışdır.

Azərbaycan Prezidentinin Iqtisadi Siyasət və İstehsalat Məsələləri üzrə Köməkçi Xidmətinin Baş Məsləhətçisi Fərəh Məmmədovanın rəhbərlik etdiyi qrup maliyyə və telekommunikasiya sahələri üzrə ekspertlərdən ibarətdir.

Yaradılmış qrup rəqəmsal valyutaların tənzimlənməsi məsələlərinə dair digər ölkələrin təcrübələrini analiz etməli və onları Azərbaycan şərtləri ilə reallıqlarına uyğunlaşdırmalıdır.

Bildirilir ki, “Buroka Technologies” şirkəti yaxın vaxtlarda Bakıda öz nümayəndəliyini açacaqdır. Təşkilat Azərbaycan bazarında “Bitcoin” (“Bitkoin”), “Efirium” (Efirium), “Ripple” (“Ripl”), “Dash” (“Daş”), “Litecoin” (“Laytkoin”) kimi 5 tanınmış rəqəmsal sikkələrin ticarətini planlaşdırır.

Kriptovalyuta Azərbaycanda: Qanun layihəsinin və Efiriumun həmtəsisçisinin gözləntisində 1

“Buroka Technologies” şirkətinin Londonun Kraken və Bitstamp kriptovalyuta birjaları ilə müqaviləsi var.

Bakı filialının şöbə rəhbəri Səbinə Məmmədlinin sözlərinə görə, mart ayının ortalarında şəhərdə blokçeyn və kriptovalyutalar mövzusunda konfrans keçiriləcəkdir. Bu konfransa Efiriumun həmtəsisçisi Vitalik Buterin də dəvət alıb.

O, qanunvericilik bazasının ölkənin kriptovalyuta bazarının inkişafına kömək edəcəyini vurğulayıb.

Azərbaycanda bölüşdürülmüş reyestrlər texnologiyasına olan marağın artması nəzərə çarpmaqdadır. Üstəlik, bu maraq həm əhali, həm də hökumət qurumları tərəfindən göstərilməkdədir.

Ötən ilin dekabr ayında Mərkəzi Bank müştərilən rəqəmsal identifikasiyası üçün bölüşdürülmüş reyestrlərdən istifadə etməyi planlaşdırdığını bəyan etmişdir.

Ölkə prezidenti İlham Əliyev də blokçeyn texnologiyasının inkifafını dəstəkləyir. O bildirib ki, Azərbaycan yeni texnologiyalara böyük diqqət ayıran ölkələr arasında ilk sıralardadır.

Kriptovalyuta Azərbaycanda: Qanun layihəsinin və Efiriumun həmtəsisçisinin gözləntisində 2

2017-ci ilin dekabrında Sumqayıt şəhərində “Data Mərkəz”-in ("STDC" MMC) açılışı olmuşdur. Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq və bu sahədə yeni layihələr hazırlamaqdır. Bu qurumun öz işinin icrasına tam olaraq başlanması ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə blokçeynin inteqrasiyasının xeyli dərəcədə artması gözlənilir.

Bundan əlavə, Azərbaycanda bölüşdürülmüş reyestrlər üzərində hesablama mərkəzlərinin yaradılması planlaşdırılır.

Xahiş edirik xəbərləri qiymətləndirin:

(110 səs, ortalama 3.71 dən 5.)

Əlaqə

Anna Xomyakova

Eksponentlər və sponsorlar üçün

+995-706-777-038 (116) khomyakova.ann

Pavel Piatkin

Eksponentlər və sponsorlar üçün

p.pyatkin@smileexpo.sale
Yuxarı